İraqın qərbindəki Ənbar vilayətində partlayış baş verib. 

"Unikal" xəbər verir ki, partlayış nəticəsində 3 İraq əsgəri və 1 mülki vətəndaş həlak olub. 

İraq mediası Ənbar əyalətinin əl-Səkkar bölgəsində yol kənarındakı minanın partladığını və həmin vaxt yoldan keçən hərbi maşını hədəf aldığını bildirib. 

Ağarza Elçinoğlu