Gürcüstan Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi yerli vaxtla 22:25-də qeydə alınmış zəlzələ ilə bağlı məlumatı yeniləyib.

"Unikal" xəbər verir ki, Sameba kəndi yaxınlığında qeydə alınmış zəlzələnin gücü 6,2 bal olub. Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss edilib. 

Ermənistanın Bavra şəhərindən 16 km şimal-şərqdə 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata görə, episentrdə zəlzələnin gücü 6-7 bal təşkil edib.

Zəlzələ Şirak, Lori, Araqatsotn mərzlərində 4-5, İrəvan şəhərində isə 3 bal gücündə hiss olunub.

***22:52

Ermənistanda güclü zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, təbiət hadisəsi 5,4 bal gücündə olub. 

Yeraltı təkanlar İrəvan və Şirak bölgəsində hiss olunub.

Gürcüstan Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib ki, Gürcüstanın Dmanisi rayonu yaxınlığındakı Sameba kəndində 5,8 bal gücündə zəlzələ olub.

Güclü yeraltı təkanlar Tbilisi, Marneuli və bir sıra digər bölgələrdə də hiss edilib.