Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar edilib.

"Unikal" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayon sakinləri E.Hüseynov, R.Yusubov, T.Əliyev və H.Rzazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və onlara tətbiq olunan qaydalara riayət etmələri, yaşayış yerlərini tərk etməmələri tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerlərini tərk etdikləri müəyyən edilib və onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Faktlarla bağlı araşdırma aparılır.