Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 32 591 vaksin vurulub.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 209, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 509, üç və daha çox doza vaksin vurduranların sayı 27 210, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 663 nəfərdir.