Türkiyədə Ərzurum-Ərzincan magistral yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, İğdırdan Ankaraya gedən sərnişin avtobusu yolun kənarındakı ağaclara çırpılaraq aşıb.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha 33 nəfər yaralanıb. Əraziyə təcili yardım maşınları, polis və jandarm qüvvələri cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Hadisənin başvermə səbəbi açıqlanmır.