Ukraynanın işğalı ilə bağlı İsveçrənin sanksiyalarına cavab olaraq Rusiya Təhlükəsizlik Xidmətinin agentləri Moskvadakı "Audemars Piguet"mağazasından milyonlarla dollar dəyərində dəbdəbəli saatları müsadirə ediblər.

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Xidmətinin (FSB) agentləri Moskvada milyonlarla dollar dəyərində dəbdəbəli saatları müsadirə ediblər. Bildirilir ki, hər birinin qiyməti 920 min dollar olan saatlar Moskvada markanın mağazasına basqın zamanı FSB agentləri tərəfindən ələ keçirilib.

Məlumatda o da qeyd olunub ki, İsveçrə səlahiyyətliləri məsələ ilə bağlı parlament üzvlərini məlumatlandırıb.

Rusiya rəsmiləri saatların müsadirə edilməsi üçün gömrük qaydalarının pozulmasını əsas gətirsələr də, İsveçrə Xarici İşlər Nazirliyinin rəsmiləri bu addımın açıq şəkildə İsveçrə sanksiyalarına reaksiya olduğunu vurğulayıblar.

Gülayə Mecid