Martın 25-də Ermənistan 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verib.

"Unikal" xəbər verir ki, bu barədə “Haber Global” televiziya kanalı kəşfiyyat məlumatları əldə edib.

Məlumata görə, martın 25-də həmin qırıcılar Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya yola düşüb. Rusiyaya hərbi dəstək verən Ermənistana qarşı sanksiyaların tətbiq olunacağı və ya xəbərdarlıq ediləcəyi ehtimalı istisna edilmir.