Rusiya ordusu Azovstal metallurgiya zavodu və Mariupol dəniz limanı istiqamətində hücuma keçib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının "Facebook" hesabında qeyd olunub. 

"Düşmən Donetsk və Tavriçesk istiqamətindən Mariupola aviasiya zərbələrini davam etdirib. O, Azovstal metallurgiya kompleksi və dəniz limanı istiqamətində hücum əməliyyatı həyata keçirir", - deyə məlumatda qeyd olunub.

Məlumatda o da bildirilib ki, Ukrayna döyüşçüləri ötən sutka ərzində Donetsk və Luqansk regionlarında Rusiya qüvvələrinin 6 hücumunu dəf edib, iki avtomobil və 3 artilleriya sistemini məhv edib.

Ağarza Elçinoğlu