İndoneziyanın Qərbi Papua əyalətində 29 işçi və onların ailələrini daşıyan yük maşını qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, əyalət polisinin məlumatına görə qeyri-qanuni qızıl mədənində işləyən 29 nəfəri və onların ailələrini daşıyan yük maşınını yolda qayalara çırpılıb. 

Qəza nəticəsində 13 nəfər hadisə yerində, 4 nəfər isə aparıldıqları xəstəxanada dünyasını dəyişib.

Mədənçilərin ailələri ilə birlikdə Pasxa bayramını qeyd etmək üçün yola düşdükləri açıqlanıb