Aprelin 14-də Böyük Britaniya Rusiyadan çuqun və polad idxalına qadağa qoyacaq.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bundan əlavə, London Rusiyaya kvant texnologiyaları və qabaqcıl materialların ixracına da sanksiyalar tətbiq edir. Çünki Prezident Vladimir Putinin onlara ciddi ehtiyacı var. Müvafiq qanunverici aktlar cümə axşamı parlamentə təqdim olunacaq”, - Britaniya XİN-in bəyanatında qeyd olunub.