Rusiyada son sutka ərzində daha 11 432 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal" xəbər verir ki, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 18 053 359 nəfərə çatıb.

Son sutka ərzində 261 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 373 027 nəfərə çatıb.