Ermənistan Rusiya qazının pulunu rublla ödəməyə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan bildirib. 

"Biz milli valyutalara doğru hərəkət etməliyik. Bildiyimə görə, son bir neçə ödəniş rublla olub, lakin müvafiq məzənnə ilə", - nazir deyib.

O, qeyd edib ki, qiymət dollarla formalaşır, lakin ödəniş rublladır.

"Qazprom"un rəsmi nümayəndəsi Sergey Kupriyanov sözügedən məlumatı təsdiqləyib. 

Onu da deyək ki, Avropa ölkələri Rusiya qazını rublla almaqdan imtina edib. 

Ağarza Elçinoğlu