Şimali Makedoniya Rusiyanın daha 6 diplomatını "arzuolunmaz şəxs" elan edib.

"Unikal" xəbər verir ki, bu barədə Şimali Makedoniyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, bu gün Rusiyanın ölkədəki səfiri Sergey Bazdnikin XİN-ə çağırılıb və ona səfirliyin 6 əməkdaşının "persona non grata" elan olunması ilə bağlı nota təqdim olunub.

Qeyd olunub ki, bu diplomatlar Diplomatik Münasibətlərlə bağlı Vyana Konvensiyasını pozub və onlar qarşıdakı 5 gün ərzində ölkə ərazisini tərk etməlidirlər.