Çin avtomobil istehsalçılarından biri olan "Lifan" konserni Rusiyada satışlarını tamamilə dayandırıb. 

"Unikal" xəbər verir ki, Çin Automobiles portalının məlumatına görə, ilin əvvəlindən bəri brend yanvar və fevral aylarında hər biri dörd ədəd olmaqla, cəmi səkkiz ədəd avtomobil satıb.

Qeyd olunub ki, şirkətin qaynar xətt nömrəsi mövcud deyil, sosial şəbəkələr ləğv olunub və medianın suallarını cavablandıran işçi artıq şirkətdə işləmir.

Lifan Rusiya bazarına hələ 2000-ci illərdə daxil olub. 2014-2018-ci illərdə ən çox avtomobil satan Çin istehsalı avtomobil məhz bu marka olub.

Lakin 2016-cı ildən etibarən satışlar azalmağa başlayıb. 2021-ci ildə cəmi 617 ədəd satılıb. Belə dinamika şirkətin keçməli olduğu iflas proseduru fonunda müşahidə olunub.

Ağarza Elçinoğlu