Qırğızıstan Prezidenti Sadır Japarov sabah Azərbaycana rəsmi səfər edəcək.

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Jeenbek Kulubayev məlumat yayıb. 

Onun sözlərinə görə, səfər İlham Əliyevin dəvəti ilə aprelin 19-20-də baş tutacaq. Dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişafı və qurulması perspektivlərini müzakirə edəcəklər.

Gülayə Mecid