Tesla və SpaceX-in rəhbəri İlon Mask TED konfransının sədri Chris Andersona video müsahibəsində diqqət çəkən açıqlamalar verib. 

"Unikal" xəbər  verir ki, dünyanın ən varlı adamı olan Mask evinin olmadığını və dostlarının boş otaqlarında qaldığını bildirib.

O, müsahibəsində tətilləri sevmədiyini dilə gətirib. 

Yaxtasının olmadığını  bildirən Mask vaxta qənaət etmək üçün  şəxsi təyyarəsinin olduğunu bildirib.