Rusiya Müdafiə Nazirliyinin Milli Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev Ukraynaya qarşı başlatdıqları müharibə ilə bağlı açıqlamalar verib.

"Unikal" xəbər verir ki, Mizintsevin sözlərinə görə Ukrayna Qərb ölkələrinin dəstəyi ilə aprelin 24-də qeyd olunan Pasxa bayramında bəzi regionlarda "təxribat törədəcək".

Bunun "Rusiyanı Ukrayna vətəndaşlarını öldürməkdə ittiham etmək" üçün ediləcəyini iddia edən Mizintsev Birləşmiş Millətlər Təşkilatına (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və digər beynəlxalq təşkilatlara bildirib. 

Gülayə  Mecid