Ukraynanın şərqindəki Donbas regionu uğrunda döyüş artıq başlanıb.

"Unikal" BBC-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Biz indi təsdiqləyə bilərik ki, Rusiya qoşunları uzun müddətdir hazırlaşdıqları Donbas uğrunda döyüşə başlayıb. Rusiya ordusunun böyük bir hissəsi indi bu hücum üçün ayrılıb", - deyə Ukrayna Prezidenti bildirib.