Kabilin qərb hissəsində baş verən bir neçə partlayış nəticəsində 25 nəfər həlak olub.

"Unikal" yerli Əfqanıstan mətbuatına istinadən xəbər verirt ki, ən çox ölən və yaralananlar Əbdül Rəhim adına məktəbin yaxınlığında qeydə alınıb, onun yaxınlığında silsilə iki partlayış baş verib. Daha bir partlayışın Mümtaz məktəbinin yaxınlığında da baş verdiyi bildirilir.

Hadisə yerində olan jurnalistlər qeyd edirlər ki, Taliban hərəkatının nümayəndələri mediaya hadisəni operativ şəkildə işıqlandırmaq imkanı vermir. 

Bundan əvvəl məlum olmuşdu ki, Kabilin qərbində 2 təhsil müəssisəsinin ərazisində silsilə partlayışlar baş verib, onların səbəbləri hələ müəyyən edilməyib. Yaralılara tibbi yardım göstərilir, Taliban partlayış yerini mühasirəyə alıb.

xxx

10:29

Kabilin qərb hissəsində məktəb ərazisində partlayış baş verib.

"Unikal" xəbər verir ki, "RİA Novosti"nin məlumatına görə, partlayışın səbəbi hələ müəyyən edilməyib.

Hadisənin şahidi bildirib ki, Mümtaz məktəbində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb. 

Sonradan məlum olub ki, oxşar partlayış Kabilin qərbində Rahim Şəhid adına məktəbdə də baş verib.

Ağarza Elçinoğlu