Ukraynanın NATO-ya daxil olması dünya müharibəsinə gətirib çıxaracaq.

"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın sabiq baş naziri Silvio Berluskoni  "İrəli, İtaliya" partiyasının deputatları ilə görüşdə deyib.

“Biz çox vaxt nüvə bombaları ilə bağlı fəaliyyətlər haqqında eşidirik. Rəbbim bizi bu təhlükədən qorusun. Ukrayna hətta NATO-ya üzv olmaq istəyib. Əgər o, NATO-ya daxil olarsa, bu müharibə dünya müharibəsinə çevriləcək”, - deyə Berluskoni bildirib.

Ramil Zeynallı