Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin böyük oğlu, iş adamı və Venture Investments & Yield Management (VIYM) fondunun həmtəsisçisi Andrey Yakunin Norveçdə saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Norveçdəki səfirliyi təsdiqləyib. 

Diplomatların sözlərinə görə, o, kömək üçün onlara müraciət etməyib: "Norveç polisi bizə təsdiqlədi ki, saxlanılan şəxs Andrey Yakunindir, ona vəkil də verilib". 

Qeyd edək ki, Yakuninin oktyabrın 19- da saxlanılıb. O, avqustun sonunda Svalbardda tətildə olarkən pilotsuz təyyarə buraxmaqda günahlandırılıb.

Ağarza Elçinoğlu