KTMT Şurasının növbədənkənar sessiyasının keçirilməsi məsələsi hazırlanır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova bildirib. 

"Gözlənilir ki, üzv dövlətlərin rəhbərləri KTMT-nin Ermənistandakı missiyasının nəticələrini və İrəvana yardımın göstərilməsi üzrə birgə tədbirlər təkliflərini videokonfrans formatında müzakirə edəcəklər", - XİN sözçüsü qeyd edib.

Ağarza Elçinoğlu