İsveçin yeni baş naziri Ulf Kristersson Türkiyəni İsveç və Finlandiyanın NATO-ya üzvlük cəhdlərini dəstəkləməyə razı salmaq üçün Ankaraya getməyə hazır olduğunu bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə  Aİ liderlərinin sammitinə gələrkən deyib.

“Mən artıq Türkiyə hökumətinə siqnal göndərmişəm ki, biz dərhal Ankaraya getməyə hazırıq”, - Kristersson bildirib.

O, əminliklə bildirib ki, İsveç NATO-ya üzvlüyünü təmin etmək üçün hər şeyi edir.

Bildiyiniz kimi, NATO-ya üzv olan 30 ölkənin hamısı Finlandiya və İsveçin Alyansa üzvlüyünü təsdiq etməlidir.Türkiyə və Macarıstan üzvlüyünü hələ təsdiq etməmiş yeganə ölkələrdir.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin problemlərinin Finlandiya ilə deyil, əsasən İsveçlə olduğunu açıq şəkildə bildirmişdi.

Gültəkin Ələsgər