ABŞ hərbi-sənaye kompleksi tamamilə məhv edilib. 

"Unikal" xəbər verir ki, bunu Konqresmen Maykl Makkol bildirib.

Siyasətçinin sözlərinə görə, ABŞ-ın müdafiə istehsalı standartları ilə bağlı ciddi problemləri var, ona görə də dövlətlər sürətlə silah istehsal edə bilmir.

“Məncə,  Vaşinqtonda bizim hərbi sənaye bazamızın məhv edilməsi bir növ sirrdir. Sistem pozulub. Biz kifayət qədər sürətli silah hazırlaya bilmərik”, - deyə Maykl Makkol bildirib.

Konqresmen ABŞ-ın Tayvana silah tədarükü ilə bağlı üç illik borcunun olduğunu izah edib.

"Hərbi satış məsələsi, yəqin ki, hazırda milli təhlükəsizliyimiz üçün ən böyük təhdiddir" deyə  Maykl Makkol qeyd edib.

Onu da qeyd edək ki, ABŞ Konqresi ilin sonuna qədər Ukraynaya təxminən 50 milyard dollar məbləğində yeni yardım paketinin ayrılmasını təsdiqləyə biləcəyi ilə bağlı xəbərlər yayılıb. 

Gültəkin Ələsgər