Rusiya Prezidenti Vladimir Putinin Ryazan vilayətində poliqona səfəri zamanı hərbçilərlə davranışları diqqət çəkib.

"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, Putin əsgərlərlə görüşü zamanı onların əllərini bərk-bərk sıxıb. 

Sosial şəbəkə istifadəçiləri Putinin davranışlarını şərh ediblər. İzləyicilər onu "yaxşı çar" kimi görünmək üçün aktyorluq məharətindən istifadə etdiyini bildiriblər. 

Xatırladaq ki, oktyabrın 20-də Rusiya lideri Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Ryazan vilayətindəki poliqonda səfərbər olunanların hazırlığını yoxlamaq üçün gedib.Hərbçilərlə ünsiyyət zamanı Putinə əsgərlərin ləvazimatları göstərilib. 

Gülayə  Mecid