"Ruslar S-300 raketləri ilə Zaporojyəyə hücum etdi, dağıntılar və yaralılar var". 

"Unikal" xəbər verir ki,  bu barədə Zaporojye OVA-nın rəhbəri Oleksandr Starux  məlumat verib .

"Yaşayış binası və infrastruktur obyektləri dağılıb. İlkin məlumata görə, tələfat yoxdur. Üç yaralı var. Məlumatlar dəqiqləşdirilir", - Starux bildirib.  

Onun sözlərinə görə, hücum nəticəsində çoxmərtəbəli yaşayış binasının qaz sisteminə ziyan dəyib, yanğın baş verib.  

Seymur Əli