Dünyanın ən güclü pasportlarına məxsus ölkələrin adı açıqlanıb. 

"Unikal" xəbər verir ki,  Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qlobal vətəndaşlıq şirkəti "Arton Capital" tərəfindən yeni Pasport İndeksinin başındadır. BƏƏ vətəndaşları 180 ölkəyə vizasız səyahət edə bilərlər. İlk onluqda Almaniya, İsveç, Finlandiya, Lüksemburq, İspaniya, Fransa, İtaliya, Hollandiya və Avstriya diqqət çəkib.

123 ölkəyə vizasız  gedə bilən Türkiyə Rusiya ilə birlikdə 38-ci yerdədir. 

Siyahının sonundakı ölkə Əfqanıstan olub.

Araşdırmaya görə, demək olar ki, hər bir ölkənin pasportu bu il Covid-19 məhdudiyyətlərinin aradan qaldırılmasının təsiri ilə daha da güclənib.

Seymur Əli