Almaniya İranın bu ölkədəki səfirini  Xarici İşlər Nazirliyinə çağırıb. 

"Unikal" AFP-yə istinadən xəbər verir ki, səfirin çağırılmasına səbəb iğtişaşlar zamanı həbs edilənlərdən biri olan Möhsün Şəkərinin edam edilməsi ( 8 dekabr) olub. 

Bu hökmün icrasından sonra Almaniyanın xarici işlər naziri Analena Berbuk dünən öz "Twitter" səhifəsində yazıb: "Möhsün Şəkəri hökumətə qarşı çıxdığı üçün vicdansız şəkildə məhkum olunaraq və edam edilib. Lakin edam təhlükəsi xalqın azadlığa nail olmaq istəyini boğmayacaq". 

Ağarza Elçinoğlu