Volodimir Zelenski 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final oyunundan əvvəl videomüraciət etmək istəyib, lakin FİFA (Beynəlxalq Futbol Federasiyası) bunu qəbul etməyib.

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 
Amerikalı jurnalistlər FİFA ilə Kiyev arasında danışıqların davam etdiyini bildirərkən Ukrayna prezidentinin dəftərxanasının imtinaya təəccübləndiyini qeyd ediblər.

Bu gün FİFA prezidenti Canni İnfantino Qətərdə keçirilən dünya çempionatında bəzi komandaların siyasi hərəkətlərini şərh edərkən deyib ki, futbol meydançası etiraz yeri olmamalıdır.

"Azarkeşlər oyunu izləyirlər və 90 dəqiqə ərzində bütün problemlərdən xilas olmaq istəyirlər. Sadəcə, anın həzzini almaq lazımdır", - İnfantino bildirib.

Dekabrın 18-də keçiriləcək dünya çempionatının finalında Argentina və Fransa milliləri qarşılaşacaq. 

Gültəkin Ələsgər