Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda 200-dən çox reys ləğv edilib və ləngiyib.

"Unikal" xəbər verir ki, bu barədə hava limanlarının internet saytında yerləşdirilən elektron tablolarda məlumat yer alıb. Elə səhər saatlarından etibarən hava şəraiti ilə əlaqədar uçuşlar təxirə salınıb. Bundan əvvəl Moskvada aylıq normanın 30%-nin, Moskva vilayətində isə 50%-nin düşdüyü bildirilirdi.

Günün əvvəlindən Vnukovoda 50 reys gecikib , iki reys isə ləğv edilib. Domodedovoda 119 reys gecikib , Mahaçqalaya davam etməli olan yalnız bir reys ləğv edilib. Şeremetyevo 90 reys gecikib, beşi ləğv edilib.

 Moskvada şəhərin qardan təmizlənməsinə əlavə qüvvələr cəlb edilib, 119 minə yaxın işçi və 12,5 mindən çox müxtəlif texnika cəlb edilib . Dekabrın 18-nə keçən gecə şəhərin bəzi ərazilərində yeni yağan qarın hündürlüyü 20 santimetr təşkil edib.