Pakistanın şimal-qərbindəki Bannu bölgəsində silahlılar terrorla mübarizə mərkəzini ələ keçirib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb.

Silahlılar hökumət orqanları ilə danışıqlar aparmaq üçün insanları girov götürüblər.

Bina təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Bildirilir ki, silahlılar Talibanın idarə etdiyi qonşu Əfqanıstana təhlükəsiz keçid üçün danışıqlar aparmağa çalışırlar.