Tailand dəniz donanmasının gəmisi Tailand körfəzində batıb. Dənizçiləri sudan çıxarmaq üçün digər gəmilər və helikopterlər əraziyə yönəldilib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələri məlumat yayıb. 

Bildirilir ki, səhər saatlarında 75 dənizçinin xilas edilib. 31 dənizçinin isə itkin düşdüyü qeyd olunub. 

Qeyd edək ki, bazar günü axşam saatlarında güclü külək HTMS Sukhothai korvetinin elektrik sistemini sıradan çıxarıb. Tayland Kral Donanması dəniz suyunu çıxararaq gəmiyə kömək etməyə çalışmaq üçün mobil nasos maşınları və iki vertolyotu olan üç freqat göndərib. 

Gücü itirdiyi üçün daha çox dəniz suyu çəkən gəmi yan üstə batıb. 

Hadisə hərbi gəmi Praçuap Khiri Xan əyalətinin Banqsafan rayonunda estakadadan 32 kilometr aralıda dənizdə patrul xidməti həyata keçirərkən baş verib. 

Gülayə Mecid