Livanın şərqindəki Bekaa vadisindəki həbsxanadan 26 məhkumun qaçıb. 

"Unikal" xəbər verir ki,  bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb. 

Bildirilir ki, Bekaa vadisindəki Cub Jenin həbsxanasında saxlanılan 26 məhbus səhər saatlarında havalandırma şaftından qaçıb.

Hadisədən sonra təhlükəsizlik qüvvələrinin başlatdığı əməliyyatda bu günə qədər 1 məhbus yaxalanıb.

Hesabatda bildirilirdi ki, qaçan məhbusların əksəriyyəti mal və silah qaçaqmalçılığına görə həbs edilib.

Gülayə Mecid