Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 429 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 168, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 22 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 930 385, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 663, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 502, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 945, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 575 nəfər təşkil edir.