Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə heç bir vaksin vurulmayıb.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza, ikinci doza, üç və daha çox doza üzrə vaksinasiya olunanlar yoxdur. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanlar da olmayıb.