İndi biz də qələbəyə doğru gedirik. O imperiya (Rusiya - red.) üzərində son qələbəyə.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Litva Seymində çıxışı zamanı deyib.

Zelenskinin sözlərinə görə, ruslar öyündükləri gücləri itirirlər: "Biz bu müharibəni işğalçının birmənalı məğlubiyyəti ilə başa vuranda Rusiya artıq Avropa xalqlarına heç nə diktə edə bilməyəcək. Təcavüzkarı məğlub etmək lazımdır. Bu il həlledicidir".

Ağarza Elçinoğlu