Konqonun şərqində kilsəyə ekstremistlərin hücumu nəticəsində azı 6 nəfər ölüb, ondan çox adam yaralanıb. 

"Unikal" xəbər verir ki, ordu sözçüsü Entoni Mvaluşayi agentliyə bildirib ki, Şimali Kivu əyalətinin Kasindi şəhərində kilsənin bombalanmasına görə İslam ekstremistləri ilə əlaqəsi olan qrup məsuliyyət daşıyır.

Mvaluşayi bildirib ki, hadisə yerində sənədləri olmayan Keniya vətəndaşı saxlanılıb.

Kasindi Uqanda ilə sərhəddə yerləşir və artıq bir neçə dəfə İslam Dövləti qruplaşması ilə əlaqəli olduğu güman edilən Demokratik Qüvvələr Alyansının silahlıları tərəfindən hücuma məruz qalıb.