"İsveçrə Rusiya-Ukrayna münaqişəsində neytral qalacaq".  

"Unikal" xəbər verir ki, bunu İsveçrə prezidenti Alen Berse RTS kanalına müsahibəsində deyib.

O, ölkənin Almaniyaya və İspaniyaya tədarük etdiyi İsveçrə silahlarının Ukraynaya təkrar ixracına icazə verməyəcəyini bildirib. 

"Biz uzun müddətdir ki, sabit mövqedəyik. İsveçrə neytral ölkədir. Bu, danışıqlar prosesində iştirak edən Cenevrə Konvensiyasının ölkəsidir, münaqişə zonalarına silah ixrac etməyən dünya dövlətidir", - deyə Berse bildirib.

Gülayə Mecid