İranda futbol üzrə birinci liqanın matçının startı ləngiyib.

"Unikal" xəbər verir ki, buna səbəb Rusiya Prezidentinin köməkçisi İqor Levitinin helikopterinin gözlənilmədən stadionun meydançasına enməsi olub.

Hadisə Azərbaycanla həmsərhəd Gilan vilayətinin Astara şəhərində baş verib.

Levitin Astarada “Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək Rəşt-Astara dəmir yolunun açılışında iştirak edəcək.