Qərb ölkələri Kiyevə birbaşa deyirlər ki, Moskva ilə danışıqlara yalnız Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq üçün güclü mövqedən başlamaq olar.

"Unikal" xəbər verir ki, bu barədə bazar ertəsi keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, bu cür bəyanatlar Aİ diplomatiyasının rəhbəri Xosep Borrel, NATO-nun baş katibi Yens Stoltenberqin, eləcə də ABŞ administrasiyasının nümayəndələrinin dilindən gəlir. 

"Onlar birbaşa deyirlər ki, Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq lazımdır", - Lavrov deyib.

O vurğulayıb ki, Rusiya Ukrayna ilə dialoqdan imtina etmir. Lakin Qərb ölkələri danışıqlardan nə qədər uzun müddət imtina etsələr, münaqişənin həllini tapmaq bir o qədər çətinləşəcək.

Bundan əvvəl Lavrov Ukraynanı Rusiya ilə danışıqlarda mövqeyini aydınlaşdırmağa çağırıb .

Xatırladaq ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Moskva və Kiyev arasında danışıqları bərpa etmək üçün Ukrayna hakimiyyətinin DXR, LPR, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumun nəticələrini tanıması zəruridir.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl  Rusiya ilə Ukrayna arasında danışıqlar üçün heç bir şərt olmadığını bildirmişdi .