ÜST-ün məlumatına görə, keyfiyyətsiz öskürək dərmanı dünyanın üç ölkəsində 300-ə yaxın insanın ölümünə səbəb olub .

"Unikal" xəbər verir ki, son 4 ayda tərkibində zəhərli maddələr - dietilen qlikol və etilen qlikol olan uşaq öskürək siropları ən azı 7 ölkədə reseptsiz satılıb. Qurbanların əksəriyyəti beş yaşından kiçik uşaqlardır.

Faciə ilə əlaqədar ÜST üç qlobal sağlamlıq xəbərdarlığı edib - Qambiya, İndoneziya və Özbəkistanda.

Təşkilat təchizat zəncirində maraqlı tərəfləri təcili tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, bir müddət əvvəl Səmərqənddə 18 uşaq kəskin respirator infeksiyalara qarşı dərman preparatı – etilen qlikol aşkarlandığı üçün dünyasını dəyişib.

ÜST bütün 194 üzv ölkəyə xəbərdarlıq göndərərək təhlükəli dərmanların apteklərdən çıxarılmasını tələb edib.