Ukrayna prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna rəsmilərinin ard-arda istefasını şərh edib. 

"Unikal" xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində yazıb.

Podolyak hakimiyyətin qanun pozuntularına göz yummadığını qeyd edib: "Zelenskinin kadr qərarları dövlətin əsas prioritetlərindən xəbər verir. Hər kəs öz məsuliyyətini dərk etməlidir. Prezident camaatı görür və dinləyir. Və o, birbaşa cəmiyyətin əsas tələbinə cavab verir". 

Ağarza Elçinoğlu