Belarus ordusunda uzun müddət anbarlarda saxlanılan hərbi avadanlıqların yenidən işə salınmasına başlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi bəyanat yayıb. 

Tədbirlər Belarus və Rusiya Federasiyasının qruplarından birinin döyüş koordinasiyası çərçivəsində keçirilir: "Belarus və Rusiya qoşunlarının regional qruplaşmasının döyüş koordinasiyasının birgə fəaliyyəti çərçivəsində 11-ci ayrı-ayrı mexanikləşdirilmiş briqadanın bölmələri texnikanın uzunmüddətli anbardan çıxarılmasına başlayıb". 

Ağarza Elçinoğlu