Finlandiya Prezidenti Sauli Niinistö Ukraynaya səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Finlandiya dövlət başçısı "Twitter" hesabında bildirib.

"Bu gün mən Kiyevdə Finlandiyanın Ukraynaya lazım olan qədər güclü və sarsılmaz dəstəyini bir daha təkrar etdim. Sizinləyik, Prezident Zelenski", -Prezident Niinistö bildirib.

O, Ukraynaya səfəri çərçivəsində Borodyanka və Buçaya gedib.

"Burada törədilən vəhşiliklər cəzasız qalmamalıdır. Ukrayna xalqının, hərbçilərinin və mülki şəxslərin cəsarəti və qətiyyəti məni dərindən təsirləndirir. Bu, gələcək nəsillərin yaddaşında qalacaq", - o, paylaşımında qeyd edib.