Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli mexanizm görüşü qeyri-müəyyən müddətə ləğv edilib.

"Unikal" xəbər verir ki, növbəti görüşün fevralda keçirilməsi nəzərdə tutulmuşdu.

Finlandiyanın xarici işlər naziri çərşənbə axşamı Reuters agentliyinə bildirib ki, NATO-nun Türkiyə ilə danışıqları üçün bir neçə həftəlik fasilə lazımdır.

Finlandiyanın İsveç olmadan prosesi davam etdirib-etməyəcəyi sualına Finlandiyanın xarici işlər naziri Pekka Haavisto “Hələlik bu məsələni müzakirə etməyə ehtiyac görmürəm” cavabını verib və əlavə edib: “Hesab edirəm ki, üçtərəfli danışıqları davam etdirməzdən əvvəl hər şey sakitləşənə qədər gözləmək daha məqsədəuyğundur. ”.

Haavisto, "Dünən Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə görüşdüm və orada seçkilər yaxınlaşdıqca vəziyyət gərgindir, lakin bu prosesi irəli apara biləcəyimizi ümid edirik" deyə qeyd edib.

Haavisto həmçinin, Türkiyə ilə görüşdə ünsiyyətimizin əvvəlki kimi davam edəcəyinə razılaşdıqlarını da bildirib .

Finlandiya xarici işlər naziri Pekka Haavisto da bu gün İsveçlə görüşdüklərini və birlikdə müraciət siyasətini davam etdirəcəkləri mövzusunda razılaşdıqlarını bildirib.

Prezident Ərdoğan dünən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada ifrat sağçı Palumanın Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quran yandırmasına sərt reaksiya verib.

"Biz bir şey deyəndə dürüst deyirik, kimsə bizi ləkələyəndə ona həddini bildiririk. Əgər İsveç rəhbərliyi hüquq və azadlıqlara bu qədər hörmət edirsə, ilk növbədə Türkiyə Cümhuriyyətinin və müsəalmanların dini inanclarına hörmət göstərməlidir. Bu hörməti göstərmirlərsə NATO məsələsində heç bir dəstək gözləməsinlər" deyə Ərdoğan bildirib.

Gültəkin Ələsgər