Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev KTMT-nin baş katibi İmanqali Tasmaqambetov ilə görüşüb.

"Unikal" xəbər verir ki, Moskvanın rəhbərlik etdiyi hərbi alyansın mətbuat xidmətinin məlumatına görə, tərəflər “bir sıra beynəlxalq məsələləri müzakirə edib, KTMT sərhədləri boyunca vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar”.

"Vurğu KTMT-nin nüfuzunun artırılmasına və digər beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətə yönəldilib", - mesajda deyilir.

Burada həmçinin qeyd olunur ki, Patruşev və Tasmaqambetov xüsusilə KTMT-yə üzv dövlətlərin bioloji təhlükəsizlik məsələləri üzrə səlahiyyətli orqanlarından ibarət koordinasiya şurasının fəaliyyətinin təşkilinə böyük diqqət yetiriblər.