Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 448 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 41, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 955 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 407 483, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 065, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 075, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 965 nəfər təşkil edir.