BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin Dünya Xoşbəxtlik Hesabatına əsasən, Finlandiya ardıcıl altıncı dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib. Görəsən, finlər həqiqətən xoşbəxtdirlər?

"Unikal" bununla bağlı araşdırmanı təqdim edir:

Finlər digər ölkələrə nisbətən daha xoşbəxtdirlər, çünki ən çox maaş alanlarla ən az maaş alanlar arasındakı uçurum yoxdur. İnsanlar maaşlarından asılı olmayaraq bərabər aktivlərə sahib ola bilərlər.

Digər amillərə güclü sosial dəstək, fikir azadlığı və aşağı səviyyədə korrupsiya daxildir. Ölkənin səhiyyə sistemi dövlət tərəfindən maliyyələşdirilir və özəl səhiyyə sektoru çox kiçik miqyasda mövcuddur. İctimai nəqliyyatın etibarlılığı ilə yanaşı, iqtisadiyyatı da çox yaxşıdır, Helsinki hava limanı Şimali Avropanın ən yaxşısı hesab olunur.

Finlandiyanın ədalətli məktəbləri var və hansını seçsəniz, yaxşı təhsil almaq ehtimalı olduqca yüksəkdir. Eyni zamanda, sosial evlərin mövcudluğu və evsizliyin nadir halları da bir çox amillərdəndir. 

Finlərin həyat tərzi qısaca “sisu” sözü ilə ümumiləşdirilir ki, bu da ölkənin uzun qışlar kimi “çətinliklər qarşısında sarsılmaz qətiyyəti” mənasını verir . Yəni finlər əslində xoşbəxt deyillər, daha çox razıdırlar, gözləntilərini daha əsaslı tutaraq xoşbəxt olmağı bacarırlar.

Finlandiya Universitetinin professoru və cəmiyyətdə rifahı tədqiq edən Arto O. Salonen deyir: “Başqa sözlə, nəyin yetərli olduğunu biləndə xoşbəxt olursan, bununla bağlı Fin atalar sözü də var: "Onnellisuus on se paikka puuttuvaisuuden ja. yltäkylläisyyden välillä", yəni "Xoşbəxtlik yoxsulluqla bolluq arasındakı yerdir".

 Gülayə Mecid