Gənc yaşda partnyorun olmaması insanın həyatının müxtəlif aspektlərinə müsbət təsir göstərə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Niderlandın Fənlərarası Demoqrafik İnstitutunun psixoloqları və sosioloqları maraqlı tendensiya aşkar edən araşdırma aparıblar. 

1000-dən çox böyüklər arasında aparılan araşdırma, 20 yaşlarında əlaqələrdən qaçan və ya tək yaşayan gənclərin, o yaşda artıq romantik münasibətlərdə olanlara nisbətən öz həyatlarından daha çox məmnun olduqlarını göstərib.

Təəccüblüdür ki, gənclikdə tənhalıq fərdlər arasında özünü inkişaf etdirmə və qazanc səviyyəsinin artması ilə əlaqələndirilirib. Bu araşdırma, sevgi münasibətlərindən qaçanların sonrakı illərdə özlərini daha xoşbəxt və daha uğurlu hiss etdiklərini təsdiqləyib. 

İnstitutun baş araşdırmaçısı deyir: "Biz tapdıq ki, erkən yaşda subay olmaq həyatdan məmnunluq və özünü inkişaf etdirmə səviyyəsinin yüksəlməsinə səbəb ola bilər".

Ancaq qeyd etmək lazımdır ki, sonradan ailə həyatı quranlar da özlərini xoşbəxt hiss ediblər. Buna baxmayaraq, araşdırmalar göstərir ki, 20 yaşınızda tənhalıq şəxsi rifahınıza müsbət təsir göstərə bilər.

Gülayə Mecid