Təhsil yaşından, cinsindən, yerindən, sosial və demoqrafik mənşəyindən asılı olmayaraq həyatı xilas edir.

"Unikal" xəbər verir ki, bu barədə Vaşinqton Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun (IHME-CHAIN) tədqiqatçıları araşdırma aparıblar. 

Tədqiqatçılar müəyyən ediblər ki, hər əlavə təhsil ili ilə ölüm riski 2% azalır. Bu o deməkdir ki, 6 illik ibtidai məktəbi bitirənlərin ölüm riski orta hesabla 13% azdır.  

Alimlər təhsilin təsirini digər risk faktorları ilə (məsələn, sağlam qidalanma və pis vərdişlər) müqayisə etmiş və nəticələrin oxşar olduğunu müəyyən etmişlər. Məsələn, 18 illik təhsilin faydasını çoxlu tərəvəz yeməyin faydası ilə müqayisə etmək olar. Məktəbi tərk etmək isə 10 il ərzində gündə beş və ya daha çox spirtli içki içmək və ya hər gün on siqaret çəkmək qədər zərərlidir.

Təhsilin sağlamlıq faydaları gənclərdə açıq şəkildə əks olunsa da, yaşlı insanlar (hətta 70 yaşdan yuxarı olanlar) da təsirini hiss edə bilirlər. Tədqiqatçılar insanların yaşadığı ölkənin yerinin və sərvətinin heç bir əhəmiyyət kəsb etmədiyini də müəyyən ediblər.

İşdə 59 ölkədən 10 mindən çox məlumat nöqtəsi olan 600 elmi məqalənin meta-analizindən istifadə edilib. İşlərin əksəriyyəti yüksək gəlirli ölkələrdə aparılıb, müəlliflər qeyd edirlər ki, aşağı və orta gəlirli ölkələrdə daha çox tədqiqata ehtiyac olduğunu vurğulayır.

Gülayə Mecid